Fransua Bairu – İlon Mask demokratiyalara təhlükə yaradır
İlon Mask demokratiyalara təhlükə yaradır – bu haqda Fransanın Baş naziri Fransua Bairu deyib.
“İlon Mask demokratiyalara təhlükə yaradır. Pulun vicdanı idarə etməsinə icazə verilməməlidir” – Bairu yerli televiziyaya müsahibəsində bildirib.
Xatırladaq ki, İlon Mask bir neçə gün əvvəl Almaniyanın ifrat sağçı partiyasının seçkiöncəsi kampaniyası zamanı keçirilən görüşə video zəng vasitəsilə qoşulub və partiyaya dəstəyini ifadə edib.