Fransız fermerlər Paris yaxınlığında etiraz aksiyası keçiriblər və yolları bağlamağa çalışıblar
Fransız fermerlər Paris yaxınlığında etiraz aksiyası keçiriblər və yolları bağlamağa çalışıblar.
Etirazın səbəbi Avropa ilə MERCOSUR ölkələri arasında ticarət sazişinin mümkün nəticələridir. Aksiya iştirakçıları bildiriblər ki, saziş yerli kənd təsərrüfatına ziyan vura bilər.
Fransız fermerlərin etirazına cavab olaraq, Paris və Val-de-Marnenin polis prefekturaları “Parisin mərkəzində əvvəlcədən elan edilməmiş bütün toplantıları” müəyyən müddətə qadağan edib.
Fransa telekanalı yanvarın 13-də kənd təsərrüfatı həmkarlar ittifaqlarının nümayəndələrinin Fransanın Baş naziri Fransua Bairu ilə görüşəcəkləri haqda məlumat verir.
Xatırladaq ki, avropalı fermerlər uzun müddətdir ki, mövcud sazişə etiraz edirlər. Fermerlər sazişin onların biznesinə ziyan vuracağını deyirlər.