Fransanın Xarici İşlər Nazirliyinin rəhbəri bildirir ki, təhlükəsizlik təminatlarının tərkib hissəsi olaraq Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi barədə danışmaq üçün hələ tezdir
Fransanın xarici işlər naziri Jan-Noel Baro bildirir ki, təhlükəsizlik təminatlarının tərkib hissəsi olaraq Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi barədə danışmaq üçün hələ tezdir. Bu haqda məlumatı Fransa mediası yayır.
Jurnalist Barodan potensial razılaşmadan sonra müharibənin hazırkı mərhələsinə son qoymaq üçün sülhün qorunub saxlanmasının qarantiyası kimi hərbçilərin Ukraynaya göndərilməsinin mümkünlüyünü soruşub. XİN rəhbəri cavab olaraq hazırda bu məsələnin gündəmdə olmadığını deyib.
“Hazırda bu məsələ gündəmdə deyil. Bu haqda danışmaq üçün hələ tezdir. Bu məsələ vaxtında, sülh haqqında saziş olanda gündəmə gələcək ki, buna təminat verilsin” – xarici işlər naziri bildirib.
Baro bildirib ki, əgər cəbhə xəttinin onlara yaxınlaşmasını istəmirlərsə, o zaman Rusiyanın Ukraynaya bir daha hücum etməyəcəyinə zəmanət verən sülh sazişi lazımdır.