Fransanın Xarici İşlər Nazirliyi - Qrenlandiya Qrenlandiya və Danimarka xalqına məxsusdur, nə istədiklərini özləri müəyyən etməlidirlər, sərhədlər zorla dəyişdirilə bilməz
Fransanın Xarici İşlər Nazirliyi - Qrenlandiya Qrenlandiya və Danimarka xalqına məxsusdur, nə istədiklərini özləri müəyyən etməlidirlər, sərhədlər zorla dəyişdirilə bilməz

 

Fransa Danimarka və Qrenlandiyanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir. Fransanın Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavr TF1 TV-yə açıqlamasında sərhədlərin zorla dəyişdirilə bilməyəcəyini və qərarın Qrenlandiyalılar və Danimarkalıların özlərinə aid olduğunu bildirib.

“Biz Danimarka ilə həmrəyik. Qrenlandiya Qrenlandiya və Danimarka xalqına məxsusdur. Nə istədiklərini özləri müəyyən etməlidirlər. Sərhədlər zorla dəyişdirilə bilməz” – Paskal Konfavr bildirib.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp öz milli təhlükəsizliyi üçün Amerika Birləşmiş Ştatlarına Qrenlandiyanın lazım olduğunu bildirib. İndilərdə Latviya, Finlandiya və İsveç liderləri bir daha Danimarkaya dəstəklərini bildiriblər.