Fransanın Xarici İşlər Nazirliyi antisemitizm ilə əlaqədar ittihamlara görə ABŞ səfiri Şarlz Kuşneri quruma çağırdıqları haqda məlumat verir
Fransanın Xarici İşlər Nazirliyi antisemitizm ilə əlaqədar ittihamlara görə ABŞ səfiri Şarlz Kuşneri quruma çağırdıqları haqda məlumat verir

 

Antisemitizm ilə əlaqədar ittihamlara görə ABŞ səfiri Şarlz Kuşneri Fransanın Xarici İşlər Nazirliyinə çağırıblar.

“Reuters” agentliyinin yazdığı kimi, Kuşner Emmanuel Makrona məktub yazıb və Fransa hökumətini antisemitizmə qarşı mübarizədə kifayət qədər tədbirlər görməməkdə ittiham edib.

“Sizə Fransada antisemitizmin dramatik şəkildə artması və hökumətinizin buna qarşı kifayət qədər tədbir görməməsi ilə əlaqədar yazıram. Fransada elə bir gün yoxdur ki, küçələrdə yəhudilərə hücum edilməsin, sinaqoqlar, məktəblər və ya yəhudi mağazaları zərər görməsin” – məktubda qeyd olunub.

Fransanın Xarici İşlər Nazirliyinin bəyanatında deyildiyi kimi, Kuşnerin ittihamları “qəbuledilməzdir”.

“Səfirin ittihamları qəbuledilməzdir və beynəlxalq hüququ pozur. Konkret olaraq, diplomatik münasibətləri tənzimləyən 1961-ci ilin Vyana Konvensiyasında nəzərdə tutulan dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyini” – bəyanatda qeyd olunub.