Fransanın Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarını aralarında fransalı hakimin də olduğu Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə tətbiq olunmuş bütün sanksiyaları ləğv etməyə çağırır
Fransanın Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarını aralarında fransalı hakimin də olduğu Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə tətbiq olunmuş bütün sanksiyaları ləğv etməyə çağırır

 

Fransanın Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarını aralarında fransalı hakim Nikola Qiunun da olduğu Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə tətbiq olunmuş bütün sanksiyaları ləğv etməyə çağırır.

Bu barədə Fransanın Xarici İşlər Nazirliyi tərəfindən yayılmış bəyanatda qeyd olunub. Nazirlikdə təəssüf ki, ABŞ-nin yeni sanksiyaları ilə bağlı məlumat aldıqlarını bildirirlər.

“Fransa Amerika Birləşmiş Ştatlarını prezidentin 2025-ci ilin 6 fevral tarixli əmri əsasında qəbul edilmiş, məhkəmənin hüquqlarını və Roma Statutuna üzv olan bütün 125 dövlətin hüquqlarını pozan və məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipinə zidd olan bütün sanksiyaları ləğv etməyə çağırır” – bəyanatda deyilir.

Qurum həmçinin ABŞ-nin sanksiyalarının şamil edildiyi Beynəlxalq Cinayət Məhkəməsinin vəzifəli şəxsləri ilə həmrəy olduğunu bildirib.

Xatırladaq ki, ABŞ-nin dövlət katibi Marko Rubio Beynəlxalq Məhkəmənin hakimlərinə qarşı ABŞ-nin yeni sanksiyalarını elan etdi. Tramp administrasiyası dövründə ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə sanksiya tətbiq etməsi halı ilk dəfə baş vermir.