Fransanın ticarət naziri Donald Tramp strateji sənayelərə təhlükə yaratmağa davam etsə, Avropa İttifaqının bütün əlçatan vasitələrdən istifadə edəcəyini bildirir
Fransanın ticarət naziri Donald Tramp strateji sənayelərə təhlükə yaratmağa davam etsə, Avropa İttifaqının bütün əlçatan vasitələrdən istifadə edəcəyini bildirir

 

Fransanın ticarət naziri Nikola Forisie ABŞ Prezidenti Donald Tramp strateji sənayelərə təhlükə yaratmağa davam etsə, Avropa İttifaqının bütün əlçatan vasitələrdən istifadə edəcəyini bildirir.

“Xüsusilə iqtisadiyyatımıza və polad sənayesi kimi strateji maraqlarımıza qarşı həddən artıq təhlükə görünsə, vasitələrimizdən istifadə edəcəyik. Artıq sadəlövh olmayacağıq” – Nikola Forisie bildirib.

O bildirib ki, Donald Trampın təhdidi biznes və iqtisadiyyatda əlavə qeyri-müəyyənlik yaradır.

Fransanın ticarət naziri bu gün Parisdə ABŞ-nin ticarət nümayəndəsi Cemison Qrirlə görüşəcək.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə Avropa İttifaqından idxal edilən minik və yük avtomobillərinə 25% tarif tətbiq edəcəyini bəyan edib. Tramp bu qərarın səbəbi kimi Brüsselin ticarət razılaşmasını yerinə yetirməməsini göstərib. Qeyd olunan razılaşma 2025-ci ilin iyulun 27-də Şotlandiyanın Tarnberi şəhərində imzalanıb və Avropa İttifaqı mallarına 15% tarif müəyyən edib.