Fransanın tələbə ittifaqları tələbələri və şagirdləri ali təhsil müəssisələrini və məktəbləri bloklamağa çağırıblar

19:42, 31.10.2026

 

Fransanın iki tələbə ittifaqı tələbələri və şagirdləri noyabrın 3-də və 5-də ali təhsil müəssisələrini və məktəbləri bloklamağa çağırıb.

Onlar hökumətdən təhsil sistemində islahatın aparılmasını və təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

“Bu çərşənbə axşamından etibarən biz öz universitetlərimizi və məktəblərimizi blokadaya alacağıq. Noyabrın 5-də fəhlələr və həmkarlar ittifaqları tərəfindən təşkil olunacaq nümayişə qoşulana qədər eyni addımı cümə axşamı günü də təkrarlayacağıq” – “Union etudiante”nin mətbuat katibi açıqlayıb.

Tələbə ittifaqları qeyd olunan bəyanatı Fransanın paytaxtı Parisdə hazırda keçirilən aksiya zamanı veriblər.

Oxşar