Fransanın tələbə hərəkatının liderləri, hökumət tərəfindən təhsil sahəsində təklif edilmiş tədbirlərə baxmayaraq, aksiyaları davam etdirmək niyyətindədirlər

13:02, 27.10.2026

 

Fransanın tələbə hərəkatının liderləri, hökumət tərəfindən təhsil sahəsində təklif edilmiş tədbirlərə baxmayaraq, aksiyaları davam etdirmək niyyətindədirlər. Bu barədə məlumatı “Reuters” yayır.

“Bütün tələblərimiz qarşılanmayıb. Mübarizəmizi ehtiyac olduğu qədər davam etdirəcəyik” – yuxarı sinif şagirdlərinin nümayəndələrindən biri Luyi Letublon hökumət nümayəndələri ilə görüşdən sonra açıqlayıb.

Məlumat üçün bildirək ki, Fransa hökuməti orta məktəb şagirdlərinin və universitet tələbələrinin tələblərinə cavab olaraq təhsil sistemində yeni tədbirlər paketi təqdim edib.

Hökumətin təklif etdiyi tədbirlərə bəzi orta məktəb siniflərində şagird sayına yuxarı həddin qoyulması, məktəblərin yenilənməsi üçün 4 milyard avro məbləğində kreditlərin ayrılması və 2028-ci ilədək tələbələrin sosial baxımdan ədalətsiz hesab etdikləri universitetlərə qəbul sisteminin dəyişdirilməsi daxildir.

Oxşar