Fransanın Təhsil Nazirliyinin məlumatına əsasən, ölkə miqyasında elan olunmuş tətillərə ictimai məktəblərin müəllimlərinin 17.5%-nin qoşulacağı gözlənilir

14:32, 05.11.2026

 

Fransanın Təhsil Nazirliyinin məlumatına əsasən, ölkə miqyasında elan olunmuş tətillərə ictimai məktəblərin müəllimlərinin 17.5%-nin qoşulacağı gözlənilir. Məlumatı Fransa Təhsil Nazirliyinə istinadən “France 24“ yayır.

“Biz mümkün qədər səfərbərliyi davam etdirməyə çalışırıq. Bəziləri bunu etmir, çünki qorxurlar. Çoxları polis tərəfindən zorakılıq olacağından ehtiyat edir” – Parisdə yaşayan 19 yaşlı tələbə İrma de Banvil bildirib.

Medianın məlumatında, şagirdlər və tələbələrin məktəblərdəki şəraitə və gələcəkləri ilə bağlı qeyri-müəyyənliyə görə etiraz etdikləri deyilir.

Fransa hökuməti həmçinin bəyan edib ki, polisin səlahiyyətlərini aşması ilə bağlı istənilən fakt araşdırılacaq.

Oxşar