Fransanın şəhərlərində yerli hakimiyyət orqanlarının qərarı ilə vətəndaşların ictimai toplaşması tam və ya qismən qadağan edilib

11:06, 24.10.2026

 

Fransanın şəhərlərində yerli hakimiyyət orqanlarının qərarı ilə vətəndaşların ictimai toplaşması tam və ya qismən qadağan edilib.

Oktyabrın 24-də ölkənin ikinci və üçüncü ən böyük şəhərləri olan Marsel və Lionda aksiyaların və ictimai toplaşmaların keçirilməsinə qadağa qoyulub. Bu barədə məlumatı “France 24” yayır.

Nitsa, Nant, Reyms, Nansi, Tulon və digər bir neçə şəhərdə insanların toplaşmasına icazə verilir, lakin etirazın keçirilməsi qadağan edilib.

Paytaxt Paris, Lill, Strasburq və bir neçə şəhərdə isə etirazın keçirilməsinə qismən icazə veriləcək.

Məlumat üçün bildirək ki, bu gün Fransanın paytaxtı Parisdə və bir neçə böyük şəhərdə miqyaslı aksiyaların keçirilməsi elan edilib. Medianın məlumatına əsasən, paytaxtda oktyabrın 17-də baş tutan aksiyalarla müqayisədə daha çox hüquq-mühafizə əməkdaşı səfərbər olunacaq.

Oxşar