Fransanın səfiri Olivie Kurto həyat yoldaşı ilə birlikdə Mtatsminda Panteonuna gedib
Fransanın səfiri Olivie Kurto həyat yoldaşı ilə birlikdə Mtatsminda Panteonuna gedib

 

Fransanın Gürcüstandakı səfiri Olivie Kurto həyat yoldaşı ilə birlikdə Mtatsminda Panteonuna gedib. Bu barədə məlumatı Fransanın Gürcüstandakı səfirliyi yayır.

Səfirliyin yazdığı kimi, qəhrəmanlar Gürcüstanın kimliyinin və suverenliyinin qorunmasının rəmzləridir.

“Tbilisiyə gəldikdən iki gün sonra Fransanın səfiri Olivie Kurto və onun həyat yoldaşı Gürcüstanın yaradıcı qəhrəmanlarının xatirəsini yad etmək üçün şəhərə öz sakitliyi və təsirli sadəliyi ilə baxan, inanc və yaddaşın yeri olan Mtatsminda Panteonunu ziyarət ediblər.

Müqavimət hərəkatının döyüşçüləri, şairlər və maarifçilər general Qiorqi Kvinitadze, Ekvtime Tağaişvili və İlia Cavcavadzenin nümunəsində Gürcüstanın mədəni unikalığını qorudular və ölkənin müstəqilliyinə özünəməxsus töhfə verdilər. Onların xatirəsinə ehtiram göstərilməsi səfir tərəfindən ötən həftə Fransada, Levil-siur-Orjda dəfn olunmuş gürcü qardaşların ziyarət edilməsinin davamıdır. Bu qəhrəmanlar Gürcüstanın kimliyinin və suverenliyinin qorunmasını, eləcə də gürcü xalqının Avropa istəklərini təcəssüm etdirirlər. Gürcüstan və Fransanın ortaq tarixi onların mübarizəsinə sədaqətin ortaq borcudur” – Fransanın səfirliyi yazır.