Fransanın sabiq prezidenti Nikola Sarkozini 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər
Fransanın sabiq prezidenti Nikola Sarkozini 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər – bu barədə məlumatı “BBC” yayır.
Paris məhkəməsi onu 2007-ci ilin Liviya prezident seçkilərində kömək müqabilində Müəmmər Qəddafidən milyonlarla avronun qanunsuz şəkildə alınmasında təqsirli bildikdən sonra sabiq prezidenti azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər.
Medianın məlumatına əsasən, prokurorlar Sarkoziyə 7 il həbs cəzası tələb ediblər. Sarkozi işin siyasi motivli olduğunu iddia edir.
Bununla yanaşı, Paris məhkəməsi Nikola Sarkoziyə korrupsiyada iştirak və Fransada seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi də daxil olmaqla, bütün digər ittihamlar üzrə bəraət qazandırıb.
Məlumat üçün bildirək ki, Nikola Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti vəzifəsini tuturdu.