Fransanın Mülki Aviasiya Tənzimləyici Qurumu dövlət qulluqçularının tətilinə görə Marsel və Paris hava limanlarında bir neçə uçuşun ləğv olunmasını tələb edib
Fransanın Mülki Aviasiya Tənzimləyici Qurumu dövlət qulluqçularının ümumi tətilinə görə Marsel və Parisin əsas hava limanlarında bir neçə uçuşun ləğv olunmasını tələb edib.
“Reuters” nəşri Fransanın Mülki Aviasiya Tənzimləyici Qurumuna istinadən, sərəncama əsasən Parisin Şarl de Qoll hava limanında yerli vaxtla saat 07:00-dan 20:00-dək uçuşların 5%-nin ləğv olunacağını yazır.
Uçuşların ləğvi barədə sərəncam Marsel hava limanına da şamil edilib. Məlum olduğu kimi, yerli vaxtla saat 16:00-dan 00:00-dək Marsel hava limanında uçuşların 25%-i ləğv ediləcək.
Qurum əlavə edib ki, Nant, Strasburq, Limoj, Lurd və Po regional hava limanlarında da hərəkətdə ləngimələr yaşana bilər.