Fransanın müdafiə naziri ölkəsinin Ukraynanın demilitarizasiyasına qarşı çıxdığını bildirir

16:59, 11.03.2025

 
Fransanın müdafiə naziri Sebastian Lekornu ölkəsinin Ukraynanın demilitarizasiyasına qarşı çıxdığını bildirir.

Bu haqda o, Parisdə 30-dan çox ölkənin silahlı qüvvələrinin rəhbərlərinin toplaşdığı Müdafiə və Strategiya Forumunda çıxışı zamanı deyib.

Fransanın müdafiə naziri bildirib ki, Ukrayna ordusu təhlükəsizliyin əsas qarantı olaraq qalır.

“Bu gün biz gələcəyi müzakirə edirik və prioritet kimi, gələcəkdə Ukrayna ordusunun necə olması barədə düşünürəm. Biz Ukrayna ordusunun təhlükəsizliyin əsas qarantı olaraq qalması, Ukraynanın hər hansı formada demilitarizasiyasını rədd edəcəyimiz prinsipinə qayıtmalıyıq” – Lekonru qeyd edib.

Oxşar