Fransanın müdafiə naziri Kiyevin “Mirage 2000” qırıcı təyyarələrini 2025-ci ilin əvvəlində alacağını bildirir
Fransanın müdafiə naziri Kiyevin “Mirage 2000” qırıcı təyyarələrini 2025-ci ilin əvvəlində alacağını bildirir.
Sebastien Lekorniunun “X” sosial şəbəkəsində yazdığı kimi, Kiyevə veriləcək qırıcı təyyarələr Kazo və Jironda zavodlarında radioelektron döyüş vasitələri və “hava-yer” raketləri ilə təchiz ediləcək.
O, 2025-ci ilin birinci rübündə təyyarələrin Kiyevə verilməsinin planlaşdırıldığını bildirir.
“Ukraynalı pilotların və mexaniklərin hazırlığı davam edir” – nazir qeyd edib.
Kiyevin fransız qırıcı təyyarələrini alacağı haqda məlumat iyun ayında məlum olub.
“Mirage 2000-5 F” təkmilləşdirilmiş radara, rəqəmsal displeyləri olan kabinəyə, doqquz silah bağlama nöqtəsinə malik olan və 6,3 ton yük daşıya bilən 1980-ci illərdə buraxılmış qırıcı təyyarələrin modernləşdirilmiş variantıdır.