Fransanın məktəblərindən birində şagird müəllimə bıçaqla xəsarət yetirib. Medianın məlumatına əsasən, hadisə Fransanın cənubunda Sanari-sur-Merinin məktəbində baş verib.
“BFM TV”nin məlumatına əsasən, 14 yaşlı şagird sinifdə 60 yaşlı müəllimə xəsarət yetirib, müəllimin həyatı təhlükə altında olub.
Fransanın təhsil naziri Eduard Jeprei məlumat yayıldıqdan dərhal sonra məktəbə baş çəkib. O, şagirdin saxlanıldığını bildirib.
Hadisəyə nəyin səbəb olduğu hələlik bilinmir.