Fransanın Limoj şəhərində şəhərin meriyasında baş vermiş yanğınla bağlı aparılan istintaqda adı keçən kişi saxlanılıb
Fransanın Limoj şəhərində şəhərin meriyasında baş vermiş yanğınla bağlı aparılan istintaqda adı keçən kişi saxlanılıb. Yerli medianın yazdığı kimi, saxlanılan şəxs ultra-solçu dairələrlə əlaqəsi ilə tanınan və keçmişdə fərdi şəxsə qarşı zorakı hərəkətlərə görə təhlükəsizlik xidmətlərinin nəzarət siyahısında yer alan 50 yaşadək kişidir.
Məlumat üçün bildirək ki, Fransada cari aksiyalar zamanı maskalı qrup Limoj meriyasının binasını yandırıb.
Hakimiyyət nümayəndələrinin bəyanatına əsasən, 1883-cü ildə açılmış bina daxildən “demək olar ki, 100% məhv olub”. Yanğınsöndürənlər yalnız binanın arxa, müasir hissəsini xilas edə biliblər.