Fransanın Konstitusiya Məhkəməsi 15 yaşınadək yeniyetmələr üçün sosial şəbəkələrdən istifadənin qadağan edilməsi ilə bağlı qanun layihəsini bloklayıb

19:16, 14.08.2026

 

Fransanın Konstitusiya Məhkəməsi 15 yaşınadək yeniyetmələr üçün sosial şəbəkələrdən istifadənin qadağan edilməsi ilə bağlı qanun layihəsini bloklayıb. Qanun layihəsini ölkə parlamenti keçən ay təsdiqləmişdi.

Konstitusiya Məhkəməsi belə bir qadağanın konstitusiyaya zidd olduğunu hesab edir. Xüsusilə, məhkəmə bəzi müxalifət partiyalarının qanun layihəsinin qeyri-müəyyən olması və söz və ünsiyyət azadlığını pozması ilə bağlı arqumentlərinə istinad edir.

Fransa Parlamenti tərəfindən iyul ayında təsdiq edilmiş sənədə əsasən, 15 yaşınadək yeniyetmələr sentyabr ayından etibarən sosial şəbəkələrdə yeni hesablar aça bilməyəcək, mövcud hesablara tam qadağa isə 2027-ci ilin yanvarından qüvvəyə minməli idi. Məhdudiyyətlər “Instagram”, “WhatsApp”, “Facebook”, “Snapchat”, “X”, “YouTube” və “TikTok”a şamil edilirdi.

Məlumat üçün bildirək ki, Avropa Komissiyası iyulun 13-də uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspert hesabatını təqdim edib. Həmin hesabatda 13 yaşınadək yeniyetmələrin sosial şəbəkələrə yalnız məhdud vaxt və valideyn nəzarəti altında çıxışının olması tövsiyə edilirdi.

Oxşar