Fransanın xarici işlər naziri Vladimer Putini mayın 15-də İstanbulda Volodimir Zelenski ilə görüşməyə çağırır
Fransanın xarici işlər naziri Vladimer Putini mayın 15-də İstanbulda Volodimir Zelenski ilə görüşməyə çağırır

 

Fransanın xarici işlər naziri Jan-Noel Baro Vladimer Putini cümə axşamı, mayın 15-də İstanbulda Volodimir Zelenski ilə görüşməyə çağırır. Bu barədə məlumatı “Le Figaro” yayır.

“Bu həftəsonu Kiyevdə 30 günlük qeyd-şərtsiz atəşkəsə dair vahid çağırışla, Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə avropalı birliyin və güc nümayişinin şahidi olduq. Ukrayna Prezidenti Volodimir Zelenski fürsətdən istifadə etdi və şəxsən İstanbula səfər etmək təşəbbüsünü irəli sürdü. İndi biz Vladimer Putini də bununla razılaşmağa çağırırıq” – nazir Londonda bir sıra Avropa ölkələrinin xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl bildirib.

Fransanın xarici işlər naziri Ukrayna məsələsi üzrə istənilən sülh danışıqları üçün atəşkəsin ilkin şərt olduğunu təsdiqləyib.

“Aydındır ki, atəşkəs olmadan ədalətli və davamlı sülh üçün heç bir danışıqlar olmayacaq, çünki bombaların və dronların hücumu altında dinc danışıqlar imkansızdır – Jan-Noel Baro bildirib.

Ötən həftənin sonunda Kiyevdə keçirilən görüşdən sonra Fransa, Almaniya, Polşa, Birləşmiş Krallıq və Ukraynanın liderləri bəyan ediblər ki, mayın 12-dən “ən azı 30 gün ərzində tam və qeyd-şərtsiz atəşkəs” elan edilməlidir. Öz növbəsində, Rusiya Prezidenti Vladimer Putin mayın 15-də İstanbulda Rusiya-Ukrayna birbaşa danışıqlarının keçirilməsini təklif edib. Bununla əlaqədar Ukrayna Prezidenti mayın 12-dən Rusiyadan atəşkəs gözlədiyini və şəxsən mayın 15-də Türkiyədə Kreml rəhbəri Vladimer Putini gözləyəcəyini bildirib.