Fransanın xarici işlər naziri Rusiyanın “Böyük səkkizlik” formatına qayıtması ideyası ilə razılaşmır

12:31, 17.02.2025

 
Fransanın xarici işlər naziri Jan-Noel Baro Rusiyanın “Böyük səkkizlik” formatına qayıtması ideyası ilə razılaşmır.

“Bu gün bu, ağlasığmazdır” – Baro deyir.

O bildirib ki, “Böyük yeddilik” “ən böyük və ən inkişaf etmiş demokratiyaları” birləşdirir, Rusiya isə “demokratiya kimi davranmır”.

Eyni zamanda, Baro bildirib ki, Ukraynada “ədalətli və davamlı sülh” əldə olunarsa, Moskvanın iştirakı ilə “Böyük səkkizlik” formatına qayıtmaq ehtimalı istisna edilmir.

Xatırladaq ki, ABŞ-nin Prezidenti Donald Tramp fevralın 13-də Rusiyanın iştirakı ilə “Böyük səkkizlik” formatına qayıtmağı dəstəklədiyini bildirib.

Oxşar