Fransanın xarici işlər naziri – Qismən atəşkəs Putinin ciddi sülh danışıqlarına hazır olub-olmadığını başa düşməyə kömək edəcək

15:38, 03.03.2025

 
Fransanın xarici işlər naziri Jan-Noel Baro bildirib ki, Rusiya və Ukrayna arasında hava və dəniz döyüşləri və enerji infrastrukturu obyektlərinə hücumları əhatə edəcək qismən atəşkəs Ukrayna və onun müttəfiqlərinə Vladimer Putinin vicdanla hərəkət edib-etmədiyini və uzunmüddətli sülh sazişi üzrə ciddi danışıqlara başlamağa hazır olub-olmadığını başa düşməyə imkan verəcək.

Baro, Fransa Prezidenti Emmanuel Makronun Fransa və Böyük Britaniyanın Ukraynada davam edən müharibədə cəbhə xəttindəki döyüş əməliyyatlarına təsir etməyəcək bir aylıq qismən atəşkəs elan edilməsi təklifi ilə çıxış etdiyini deməsindən sonra bu bəyanatı verib.

Bununla yanaşı, Fransanın xarici işlər naziri Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ-nin Prezidenti Donald Trampın danışıqları bərpa etməyə hazır ola biləcəyini bildirib.

Oxşar