Fransanın xarici işlər naziri Jan-Noel Baro Kiyevə gedib.
Ukraynanın Fransadakı səfirliyinin bəyanatında qeyd olunduğu kimi, Baro Kiyevə bu gün səhər gedib və səfər Rusiyanın gecə həyata keçirdiyi hücumun yerlərinə baxış keçirməklə başlayıb.
“Səfirlər Konfransının fəxri qonağı statusu ilə Kiyevə gələn Jan-Noel Baro səfərinə bombalanmış yerdən başlayıb. Ukrayna hava hücumundan müdafiəni gücləndirməyə ehtiyac duyur” – səfirliyin bəyanatında deyilir.
Jan-Noel Baro bu gün Ukrayna səfirlərinin görüşündə iştirak edəcək.