Fransanın xarici işlər naziri Azərbaycanı Yeni Kaledoniyada etiraz aksiyalarının təşkilində günahlandırıb

17:38, 14.10.2026

 

Fransanın xarici işlər naziri Jan-Noel Barro Azərbaycanı Yeni Kaledoniyada etiraz aksiyalarının təşkilində günahlandırıb.

“Biz həmçinin Yeni Kaledoniyada etirazları təşviq etməyə və mübahisəli konstitusiya təkliflərini yaymağa yönəlmiş təşəbbüslərin təşkilinə görə məsuliyyət daşıdığını düşündüyümüz Azərbaycan qrupunu ittiham edirik” – Fransa xarici işlər idarəsinin rəhbəri açıqlayıb.

Paralel olaraq Azərbaycan mediası yazır ki, rəsmi Bakı Paris tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız ittihamları kəskin şəkildə pisləyir. Bakıda bəyan edirlər ki, Paris hələ də Azərbaycanla münasibətlərdə qarşıdurma ritorikasından imtina etməyə hazır deyil.

“Demokratiya, insan hüquqları və qanunun aliliyini müzakirə edən Fransa rəsmilərinin, ilk növbədə, diqqətlərini Fransanın daxili və xarici siyasətində bu prinsiplərin ardıcıl tətbiqinə yönəltməsi yaxşı olar. Biz Fransa tərəfini Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyi dayandırmağa və beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırırıq” – Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə açıqlayıb.

Oxşar