Fransanın xarici işlər naziri, Avropa ölkələrinin ABŞ-a Ukraynada müharibənin dayandırılmasına dair danışıqlarla bağlı özlərinin “qırmızı xətt”lərini təqdim etdiklərini bildirir
Fransanın xarici işlər naziri Jan-Noel Baro, Avropa ölkələrinin Amerika Birləşmiş Ştatlarına Ukraynada müharibənin dayandırılmasına dair danışıqlarla bağlı özlərinin “qırmızı xətt”lərini təqdim etdiklərini bildirir. “Reuters”in məlumatına əsasən, bu barədə Fransanın baş diplomatı “Franceinfo”ya müsahibəsində danışıb.
Jan-Noel Baro deyib ki, atəşkəslə bağlı Londonda planlaşdırılan danışıqlar Ukrayna və Avropa tərəfləri üçün öz gözləntilərini və “qırmızı xətt”lərini bir daha qeyd etmə imkanı olacaq.
“Bizi narahat edən yeganə məqsədimiz Fransa xalqının maraqlarını qorumaq, Avropa və Fransanın təhlükəsizliyidir. Məhz bu səbəbdən Amerika Birləşmiş Ştatları vasitəçi rolunu öz üzərinə götürməyə qərar verdiyi üçün biz onlara “qırmızı xətt”lərimiz, yəni hansı məsələlərdə güzəştə getməyəcəyimiz barədə məlumat verəcəyik” – Baro bildirib.