Fransanın cənubunda güclü tornada nəticəsində 40-a yaxın insan yaralanıb

13:48, 25.08.2026

 

Fransanın cənubunda güclü tornada nəticəsində 40-a yaxın insan yaralanıb. Təbii fəlakət yaşayış evlərinə ziyan vurub və ağacları aşırıb, bu da regionda nəqliyyat xaosuna səbəb olub. 2 800-ə yaxın ailə elektrik enerjisiz qalıb.

Ən çox zərər çəkən Piriney dağlarında yerləşən və cəmi 1000-ə yaxın sakini olan Poma şəhəri olub. Təbii fəlakət burada ən azı 300 evə ziyan vurub. 15 nəfər yaralanıb, onların arasında hamilə qadın da var.

Fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə 120 yanğınsöndürən-xilasedici cəlb olunub.

Sığınacaqlar təşkil edilib. Meteorologiya xidmətinin məlumatına əsasən, küləyin sürəti saatda 117 km olub.

Oxşar