Fransanın İnzibati Məhkəməsi Parisdə polisin tələbə etirazına qoyduğu qadağanı ləğv edib

17:58, 22.10.2026
FILE PHOTO: Masked protesters react in a street amid clashes during a protest by high school students near the Lycee Berthelot high school in Aubervilliers near Paris as part of nationwide protests to demand the hiring of substitute teachers, increased resources and better learning conditions, as more than 400 schools remain closed following days of student protests that have escalated into violence in some places, France, October 2, 2026. REUTERS/Sarah Meyssonnier/File Photo

Fransanın İnzibati Məhkəməsi Parisdə polisin tələbə etirazına qoyduğu qadağanı ləğv edib.

Fransa mediasının məlumatına əsasən, məhkəmə təcili qərar qəbul edərək Paris polisinin Universitetin Ümumi Assambleyalarının Tələbə Koalisiyası – “Interfac Île-de-France” tərəfindən təşkil edilən nümayişin qadağan edilməsi barədə əmrini dayandırıb.

Hakim qadağanın ləğv edilməsinin səbəbini izah etməyib.

Fransa mediasının məlumatına əsasən, bu qərarın qəbul edilməsindən sonra tezliklə Parisdə tələbələr tərəfindən təşkil olunan nümayiş başlayıb. Onların məlumatında tələbələrin etirazının hazırda Parisin 13-cü dairəsində, sol sahildə yerləşən Pitye-Salpetriyer Universitet Xəstəxanasının yanında keçirildiyi deyilir.

Bununla yanaşı, Fransanın ədliyyə naziri Jerald Darmaninin sözlərinə əsasən, qeyri-iş günlərindən sonra ölkədə saxlanılan 2500 nəfərdən 900-dən çoxuna qarşı ittiham irəli sürülüb.

Məlumat üçün bildirək ki, Fransa Prezidenti Emmanuel Makronun bəyanatına əsasən, yaxın günlərdə prefektlər tərəfindən legitim əsası olmayan şəxslərin istənilən nümayişi və ya toplaşması qadağan ediləcək.

Oxşar