Fransanın Evian şəhərində Böyük Yeddiliyin sammiti keçirilir
Fransanın Evian-le-Ben şəhərində Böyük Yeddiliyin sammiti başlayıb. Görüşün gündəliyinin birinci məsələsi Ukraynadır və prezident Volodimir Zelenski də liderlərin görüşündə iştirak edir.
Fransaya gələrkən prezident Donald Tramp bəyan edib ki, İranla qarşılıqlı anlaşma memorandumu imzalandıqdan sonra indi onun diqqəti məhz Ukraynada müharibənin dayandırılmasına yönələcək.
“Reuters”in yazdığı kimi, avropalı liderlər prezident Donald Trampı Ukraynanın mövqeyinin gücləndiyinə və Avropanın Ukraynaya maliyyə, hərbi və siyasi yardım yükünü artıq öz üzərinə götürdüyünə inandırmaq istəyirlər. “Reuters”in məlumatına əsasən, avropalı liderlər Donald Trampdan Ukraynadakı müharibənin dayandırılması ilə bağlı strategiyaya yenidən baxmasını xahiş etmək istəyirlər.
Medianın məlumatına əsasən, görüşdə danışıqlarda Rusiya Prezidenti Vladimer Putinə necə yanaşılacağı müzakirə olunacaq.
“Reuters”in yazdığı kimi, avropalı liderlər həmçinin Donald Trampa İranla səthi müvəqqəti razılaşmanın Tehranın nüvə və raket proqramlarını gücləndirə bilməsi riskini daşıdığı barədə xəbərdarlıq etməyi planlaşdırırlar.
Böyük Yeddilik sammitində Ukrayna və İrandan başqa, müzakirə olunacaq məsələlər arasında maliyyə sabitliyini təhlükəyə atan qlobal iqtisadi disbalans və süni intellektin qarşısıalınmaz yüksəlişi də var.