Fransanın daxili işlər naziri – Prefektlərə tapşırmışam ki, etiraz aksiyaları dinc şəkildə davam etdiyi müddətdə polisin məsafə saxlamasını təmin etsinlər, lakin vandalizm halında sərt şəkildə müdaxilə edəcəklər

16:26, 06.10.2026

 

Parisin meri Fransa hökumətini və polisi dialoqa üstünlük verməyə çağırır.

Emanuel Qrequar həmçinin qeyd edir ki, gənclərin öz hərəkatlarını demokratik şəkildə təşkil edə bilmələri üçün şəhər meriyası açıq olacaq.

“Hökumət müəllim çatışmazlığına, onların olmamasına və təhsil, tibbi-sosial, rəhbər heyət ehtiyacına konkret reaksiya verməlidir” – Parisin meri bildirib.

Bununla yanaşı, Fransanın daxili işlər naziri Loran Nunies “France Inter” radiosuna müsahibəsində bildirib ki, “nümayişçiləri idarə etmək üçün daxili təhlükəsizlik qüvvələrinə tam etibar edir”. O, nümayişləri dayandırmaq üçün həddindən artıq güc tətbiq etməkdə ittiham olunsa belə, polisə etibar etdiyini bildirib.

“Prefektlərə tapşırmışam ki, etiraz aksiyaları dinc şəkildə davam etdiyi müddətdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının məsafə saxlamasını təmin etsinlər, lakin əlbəttə ki, vandalizm baş verərsə, onlar həmişə sərt şəkildə müdaxilə edəcəklər” – Fransanın daxili işlər naziri açıqlayıb.

Bununla yanaşı, medianın məlumatında, Fransa miqyasında mövcud 3 700 orta məktəbdən 891-də tədris prosesinin tamamilə, təxminən daha 9 000-də isə qismən və ya demək olar ki, tamamilə dayandırıldığı deyilir.

Oxşar