Fransanın daxili işlər naziri bugünkü aksiyalarda nümayişçilər tərəfindən təhlükəsizlik qüvvələrinə, ictimai binalara və biznesə qarşı zorakılıq çağırışlarının olduğunu bildirir

19:17, 07.11.2026

 

Fransanın bir neçə şəhərində etiraz aksiyası keçirilir.

Parisdə yürüş Respublika meydanından başlayıb. Respublika meydanı ilə Millət meydanı arasında nümayişin keçirilməsinə icazə verilib.

Paralel olaraq, Parisdə, Konkord meydanında “sarı jiletlilər”in koordinasiya qrupunun çağırışı ilə etiraz aksiyası oturaq formada davam edir. Qeyd olunan toplaşmaya prefektura tərəfindən icazə verilməyib.

Həmkarlar ittifaqları, gənclər təşkilatları və “sarı jiletlilər” hərəkatı tərəfindən təşkil olunmuş milli səfərbərliyin ardıcıl dördüncü şənbə günündə, ölkə miqyasında bugünkü aksiyalara təxminən 70 000 polis və jandarmlar səfərbər olunub. Marsel, Lion və Lildə etiraz aksiyalarının keçirilməsinə icazə verilib, lakin Rendə prefektura nümayişi qadağan edib.

Fransanın daxili işlər naziri Loran Nunies daxili təhlükəsizlik qüvvələrinə, ictimai binalara və biznesə qarşı zorakılıq çağırışlarının olduğunu bildirib.

Oxşar