Fransanın “Credit Mutuel Arkea” kooperativ bankına kiberhücum nəticəsində dələduzluq əməliyyatları həyata keçirilib
Fransanın kooperativ bankına kiberhücum nəticəsində dələduzluq əməliyyatları həyata keçirilib – bu barədə məlumatı “Credit Mutuel Arkea” bankına istinadən “Reuters” yayır.
Bankdan bəyan etdikləri kimi, müştərilərin aktivləri üçün təhlükə yaranmayıb.
Həmçinin, onların sözlərinə əsasən, kiberhücum nəticəsində nə qədər məbləğdə dələduzluq əməliyyatının baş verdiyi hələlik məlum deyil, lakin bankda hadisənin genişmiqyaslı olmadığını bəyan edirlər.
“Credit Mutuel Arkea”nın bəyanatına əsasən, insident artıq aradan qaldırılıb.
Baş verənlərlə bağlı bank əlavə məlumat yaymır.
Məlumat üçün bildirək ki, “Credit Mutuel Arkea” özü ilə bağlı 40 törəmə şirkəti birləşdirir.