Fransanın bir neçə şəhərində iğtişaşlar zamanı 500-dən çox insanı saxlayıblar, hazırda azı 323 nəfər həbsdə qalır
Fransanın bir neçə şəhərində iğtişaşlar zamanı ötən gecə ərzində azı 80 nəfəri saxlayıblar. Ümumilikdə isə Fransa polisi 559 nəfəri saxlayıb. Paris polisinin rəhbəri Loran Nuniesin bəyanatına əsasən, hazırda azı 323 nəfər həbsdə qalır.
“Bu, çox böyük rəqəmdir və tamamilə misilsizdir” – Nunies qeyd edib.
Saxlanılmalar qanunsuz silah gəzdirmə, polislərə hücum, eləcə də ictimai asayişi pozmağa görə baş verdi.
Polislə futbol azarkeşləri arasında qarşıdurmalar şənbə axşamı “Paris Saint-Germain F.C.”nin Çempionlar Liqasının finalını ilk dəfə qazanmasından sonra başladı.
“PSG” və Milanın “İnter”i arasında matç Münhendə keçirildi, lakin final matçını Parisdə, “PSG”nin stadionunda “Parc des Princes”də təxminən 48 000 azarkeş böyük ekrandan izləyirdi. Fransanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, iğtişaşlar zamanı iki nəfər həlak olub.