Fransanın bir neçə şəhərində etiraz aksiyaları yenidən başlayıb, 1 800-dən çox məktəbdə tədris prosesi dayandırılıb

14:04, 06.10.2026

 

Fransada bir neçə şəhərdə etiraz aksiyaları yenidən başlayıb. Fəallar siniflərdə şagird sıxlığına, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Hazırda olan məlumata əsasən, bu gün 1 800-dən çox məktəbdə tədris prosesi dayandırılıb.

Fransanın Orta Məktəb Şagirdləri İttifaqı bəyan edir ki, ölkə miqyasında küçələrdə nümayişçilərin sayı yeni rekorda çatıb.

Fransa mediası, bu gün ölkə miqyasında təxminən 150 000-dən 200 000-dək nümayişçinin aksiya keçirəcəyinə dair məlumat verir.

Parisdə yüzlərlə tələbə nümayiş keçirir. Medianın məlumatına əsasən, polis və nümayişçilər arasında qarşıdurma baş verib, bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşları yolları təmizləmək üçün bibər spreyindən istifadə ediblər. Polislər həmçinin yolları bağlamaq üçün barrikada kimi istifadə edilən aşırılmış zibil qutularını və zibilləri küçələrdən təmizləməyə başlayıblar.

Media həmçinin yazır ki, nümayişçilər və polis arasında toqquşma Strasburqda da baş verib. “BBC”nin məlumatında, Fransanın şimalında, Lill şəhərində şagirdlər və fəalların Fenelon liseyinin qarşısında nümayiş keçirdikləri deyilir.

“BBC” yazır ki, bir neçə fəal zibil qutularını yandırıb. Yanğınsöndürənlər alovu bir neçə dəqiqəyə söndürüblər. Nəşr yazır ki, Lans şəhərində keçirilən etiraz aksiyası zamanı əlini itirən 15 yaşlı oğlan Lilldə xəstəxanada müalicə olunur. Hakimiyyətin məlumatına əsasən, o, elektrik qumbarasını götürüb və qumbara tezliklə partlayıb.

Oxşar