Fransanın Baş nazirinin istefasından sonra Fransanın fond indeksləri düşür, avro dollar qarşısında dəyərdən düşüb

13:52, 06.10.2025

 

Fransanın Baş naziri Sebastian Lekornunun istefası ilə bağlı xəbərlərlə eyni vaxtda, Fransanın fond indeksləri düşür.

Yayılmış məlumata əsasən, Fransanın əsas indeksi CAC 40 1,8% düşüb. Fransa istiqrazları da ucuzlaşıb.

Həmçinin, Fransa banklarının səhmləri də ucuzlaşıb. “BNP Paribas”ın səhmlərinin qiyməti 5,2% düşüb, “Société Générale” 6,6%, “Credit Agricole” isə 5,1% ucuzlaşıb.

Bununla yanaşı, avro dollar qarşısında dəyərdən düşüb. Vahid Avropa valyutasının dəyəri 1,66 dollar təşkil edib.

Məlumat üçün bildirək ki, sentyabrın 9-da vəzifəsini tutan Fransanın Baş naziri bu gün səhər istefa verdiyini açıqlayıb.

Oxşar