Fransanın Baş naziri - Ursula fon der Laien və Donald Trampın razılaşması Avropa İttifaqı üçün azad ittifaqın ABŞ-a təslim olduğu qara gündür
Fransua Bairu bildirib ki, ABŞ və Avropa İttifaqı arasında ticarət razılaşmasına nail olunması Avropa İttifaqı üçün “qara gün”dür. Bu barədə Fransa hökumətinin başçısı “X” sosial şəbəkəsində yazıb.
“Ursula fon der Laien və Donald Tramp arasında razılaşma Avropa İttifaqı üçün öz dəyərlərini və maraqlarını qorumaq üçün yaradılmış azad ittifaqın ABŞ-a təslim olduğu qara gündür” – Bairu yazır.
Məlumat üçün bildirək ki, bundan əvvəl “Milli Birlik” partiyasının lideri Marin Le Pen ABŞ və Avropa İttifaqı arasında ticarət razılaşmasını tənqid etmişdi.
Xatırladaq ki, iyulun 27-də ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının prezidenti Ursula fon der Laienin görüşündən sonra Vaşinqton və Brüsselin ticarət razılaşması imzalayacağı, ona əsasən ABŞ-a idxal edilən Avropa məhsullarının 15%-lik rüsumla vergiyə cəlb ediləcəyi məlum olub.