Fransanın Baş naziri Sebastian Lekornu istefa verib

13:02, 06.10.2025

 

Fransanın Baş naziri Sebastian Lekornu vəzifəsindən istefa verib.

Fransa mediasına əsasən, Sebastian Lekornu istefa ərizəsini ölkə prezident Emmanuel Makrona təqdim edib, prezident onun xahişini qəbul edib.

Fransa mediası sentyabrın 9-da təyin olunan hökumət başçısının oktyabrın 5-də hökumətinin bir hissəsini təqdim etdikdən sonra rəqiblərinin və sağçıların tənqid atəşinə məruz qaldığını yazır.

Sebastian Lekornu oktyabrın 7-də Milli Assambleyaya ümumi siyasət təqdim etməli idi.

Oxşar