Fransanın Avropa məsələləri üzrə naziri – ABŞ tərəfindən Ukraynaya hərbi yardımın dayandırılması sülhə imkan yaratmır
Fransa hökumətində bildirirlər ki, ABŞ tərəfindən Ukraynaya hərbi yardımın dayandırılması sülhə imkan yaratmır.
Fransa mediasının məlumatına əsasən, Avropa məsələləri üzrə nazir-nümayəndə Benjamen Adad deyib ki, Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı qərar sülhü gücləndirmir, əksinə ondan uzaqlaşdırır.
“Əslində biz sülh istəyiriksə, o zaman Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı qərar sülhü gücləndirir, yoxsa ondan uzaqlaşdırır? uzaqlaşdırır, çünki bu yalnız təcavüzkarın əlini gücləndirir, o da Rusiyadır” – Benjamen Adad bildirib.
Onun bəyanatına əsasən, artıq bir neçə həftədir göründüyü kimi Ukraynaya deyil, Rusiyaya təzyiq göstərilməlidir.