Fransanın Avropa işləri naziri - Gürcüstanda müxalifətə qarşı repressiyalar qəbuledilməzdir
Gürcüstanda müxalifətə qarşı repressiyalar qəbuledilməzdir – bu barədə Fransanın Avropa işləri naziri Benjamen Adad deyib, xəbəri Fransanın Gürcüstandakı səfirliyi verir.
O bildirib ki, Fransa “2024-cü ilin nə azad, nə də ədalətli seçkilərindən sonra “Gürcü Arzusu”nun avtoritar dönüşünü pisləyir.
“Zurab Caparidze, Nika Melia, Nika Qvaramia, Mamuka Xazaradze, Badri Caparidze və Qiorqi Vaşadzenin həbsi və mühakiməsi ilə Gürcüstanda müxalifətə qarşı repressiyalar qəbuledilməzdir. Fransa 2024-cü ilin nə azad, nə də ədalətli seçkilərindən sonra “Gürcü Arzusu”nun avtoritar dönüşünü pisləyir” – Benjamen Adad yazıb.