Fransanın Ədliyyə Nazirliyi bildirir ki, ölkənin bir neçə həbsxanasına hücum edilib
Fransanın Ədliyyə Nazirliyi bildirir ki, ölkənin bir neçə həbsxanasına hücum edilib

“BBC”nin məlumatına görə, ötən gecə ərzində Fransanın bir neçə həbsxanasına hücum həyata keçirilib. Ölkənin ədliyyə naziri Jerald Darmanənin sözlərinə görə, bir neçə cəzaçəkmə müəssisəsinə atəş açılıb. Həmçinin avtodayanacaqda dayanan avtomobillərin yandırılması halları da qeydə alınıb.

Fransa mediasının məlumatına görə, hücumlar Tulon, Marsel, Valans, Luen, Vilpent və Nanter şəhərlərində baş verib.

Hadisə fonunda Fransanın ədliyyə naziri bu gün Tulona səfər edəcəyini bildirib.

“X” sosial şəbəkəsində Darmanen yazıb ki, hökumət narkotik satıcıları ilə bağlı problemlərlə üzləşib. Onun sözlərinə görə, hakimiyyət artıq cinayətkar qruplaşmalara qarşı müvafiq tədbirlər həyata keçirir.

Cəzaçəkmə müəssisəsi əməkdaşlarının hüquqlarını müdafiə edən həmkarlar ittifaqları baş verən hadisələrdən narahat olduqlarını ifadə ediblər və hökuməti həbsxana əməkdaşlarının təhlükəsizliyinin qorunması üçün təsirli addımlar atmağa çağırıblar.