Fransada zorakılıq və qarət faktları ilə bağlı təxminən 2000 nəfəri saxlayıblar
Fransada zorakılıq və qarət faktları ilə bağlı təxminən 2000 nəfəri saxlayıblar. Bu barədə Fransanın daxili işlər naziri Loran Niunies bəyan edib.
Fransanın daxili işlər naziri, iğtişaşlar zamanı 600-dən çox polis, jandarma və yanğınsöndürənin xəsarət aldığına dair məlumat verir.
O, bu göstəricilərin yekun olmadığını və yaralananların sayının ola bilsin artacağını bildirib.
Loran Niunies sabah Marselə səfər edəcək, nazir orada hücumları bir neçə min ultra-solçu aktivistin həyata keçirdiyini bəyan edib. Sonradan onlara cinayətkar qruplar qoşulublar və bir çox ticarət obyektini qarət edərək dağıdıblar.
Paris Prokurorluğunun məlumatına əsasən, şənbə günü şəhərdə baş verən zorakılıq və qarət faktları ilə bağlı 557 nəfəri saxlayıblar, onların 381-i həddi-büluğa çatmış, 151-i isə yetkinlik yaşına çatmamış şəxsdir. Daha 25 nəfər saxlanılanın yaşı isə hələlik müəyyən edilməyib. Prokurorluq göstəricilərin hələ yekun olmadığını bəyan edib.
Həbslər bütün gecə ərzində, təxminən səhər saat altıya qədər davam edib. Saxlanılanların böyük əksəriyyəti oğurlanmış əmlakı qəbul etməkdə və saxlamaqda, zorakılıq törətmək məqsədilə qrup şəklində toplaşmaqda və əmlaka ziyan vurmaqda ittiham olunur. Digər işlər isə silah gəzdirmək və partlayıcı maddələrə sahib olmaqla bağlıdır.
Bununla yanaşı, Fransa Prezidenti Emmanuel Makron bu gün yerli vaxtla saat 20:00-da ictimaiyyətə müraciət edəcək.