Fransada yuxarı sinif şagirdlərinin kütləvi çıxışları ilə paralel olaraq Belçikada da etiraz aksiyaları başlayıb
Fransada davam edən yuxarı sinif şagirdlərinin kütləvi çıxışları ilə paralel olaraq Belçikada da etiraz aksiyaları başlayıb. Belçika mediasının yazdığı kimi, şagirdlərin etiraz çıxışları Liej şəhərinin beş təhsil müəssisəsində eyni vaxtda başlayıb. Gənclər zibil qutularını yandırıblar, bir neçə binanın fasadı zərər görüb.
Şagirdlər hadisə yerinə gələn polis əməkdaşlarına fişəng və yumurta atıblar, lakin polis onlara qarşı cavab tədbirləri görməyib. Təhsil müəssisələrinin yaxınlığında iğtişaşlar bütün gün ərzində davam edib və günortadan sonra tədricən səngiyib, bundan sonra iştirakçılar ərazini tərk ediblər.
Eyni zamanda, Liej və Belçikanın cənubundakı daha bir böyük şəhər olan Namiurda şagirdlər dinc etiraz aksiyaları keçirirdilər və öz təhsil müəssisələrinin qarşısında etiraz piketləri təşkil edirdilər. Bəzi hallarda dinc aksiyalara müəllimlər də qoşulublar.
Belçikalı şagirdlərin bəyan etdikləri üzrə, onlar Belçikanın fransızdilli icmasının hökumətinin təhsil naziri Valeri Qlatini tərəfindən hazırlanmış təhsil islahatından narazıdırlar.
Onun işləyib hazırladığı təhsil islahatı müəllimlərin iş yükünün artırılmasını nəzərdə tutur və şagirdlərin ali təhsil müəssisələrinə qəbulunu çətinləşdirir. Bu həm yuxarı sinif şagirdləri, həm də pedaqoqlar arasında narazılığa səbəb olub.