Fransada Yeni il gecəsi naməlum şəxslər minə qədər avtomobili yandırıblar, 420 nəfər saxlanılıb

16:08, 02.01.2025

 
Fransada Yeni il gecəsi naməlum şəxslər demək olar ki, minə qədər avtomobili yandırıblar. Bu haqda məlumatı Fransa mediası yayır.

Medianın məlumatına əsasən, insidentlərlə əlaqədar ölkədə 420 nəfər saxlanılıb, 310 nəfər isə həbsxanaya göndərilib.

“İnsidentlərin əksəriyyəti polislərə və yanğınsöndürənlərə atılmış pirotexniki vasitələr də daxil olmaqla pirotexniki vasitələrdən qeyri-müvafiq istifadə ilə bağlı olub” – Fransanın daxili işlər naziri Bruno Retaio bildirib.

Medianın məlumatına əsasən, ötən il Fransada naməlum şəxslər Yeni il gecəsi 690 avtomobili yandırıblar.

Oxşar