Fransada yanğının törədilməsində şübhəli bilinən iki nəfər saxlanılıb
Fransada yanğının törədilməsində şübhəli bilinən iki nəfər saxlanılıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğının miqyası artmayıb və hazırda vəziyyət nəzarət altındadır.
Sinoptiklərin proqnozuna əsasən, qısa müddətli yağış gözlənilir ki, bu da yanğının söndürülməsinə kömək edəcək.
Fransada artıq bir həftədən çoxdur ki, meşə yanğınları davam edir. Yanğınlar on minlərlə hektar ərazini məhv edib və 200 mindən çox insanın təxliyəsinə səbəb olub.