Fransada silahlı hücumdan sonra təhlükəsizlik tədbirləri sərtləşdirildi
Fransada silahlı hücumdan sonra təhlükəsizlik tədbirləri sərtləşdirildi

Fransada silahlı hücumdan sonra ölkə miqyası ilə təhlükəsizlik tədbirləri maksimal olaraq sərtləşdirildi.

Məlumatı “Reuters” agentliyi Fransanın baş nazirə istinad edərək yayır.

Baş nazir, Jan Kasteksin bəyan etdiyinə görə, hücumda iştirak edən şəxslərin hamısı sərt şəkildə cəzalandırılacaqdır.

Xatırladaq ki, bu gün Fransanın Nisa şəhərində silahlı şəxs üç insanı qətlə yetirdi və bir neçəsini yaraladı.

Şəhərin meri baş verənləri terror aktı kimi dəyərləndirir.