Fransada “Sarı jiletlilər” hərəkatı yeni nümayişlər elan edib
Fransada ölkədə miqyaslı etiraz aksiyalarının təşkilində iştirak edən “Sarı jiletlilər” hərəkatı yeni nümayişlər elan edib. Aksiyalar oktyabrın 31-də keçiriləcək.
“France 24″ün məlumatına əsasən, təşkilatçılar ölkə miqyasında etiraz yürüşləri, parlament və meriya binaları qarşısında isə oturaq aksiyalar keçirməyi planlaşdırırlar. Onlar Fransa Prezidenti Emmanuel Makron hakimiyyətinin “avtoritar meyllərini” qınayır və vətəndaşları “ictimai azadlıqları” qorumaq üçün küçələrə çıxmağa çağırırlar.
Medianın məlumatına əsasən, şənbə günü, oktyabrın 24-də “Sarı jiletlilər” hərəkatının üzvləri polisin qərarından narazı qalıblar.
Polis həmkarlar ittifaqları tərəfindən təşkil olunmuş yürüşün marşrutunu son anda dəyişərək onu Parisin mərkəzindən paytaxtın kənarına keçirib. Hərəkatın üzvləri marşrutun dəyişdirilməsi qərarına etiraz ediblər və polisin tələbinə tabe olmayıblar. “Gələn şənbə etiraz aksiyaları keçirmək azadlığımızı və bütün digər azadlıqlarımızı qorumaq üçün küçələrə çıxacağıq” – “Sarı jiletlilər” hərəkatının koordinatorlarından biri Parisdə, yürüşün ilk olaraq başlamalı olduğu Bastiliya meydanında jurnalistlərə açıqlayıb.
Oktyabrın 24-ü saat 13:00-a olan məlumata əsasən, Fransada etiraz aksiyaları ilə əlaqədar 135 nəfər saxlanılıb. Fransanın daxili işlər naziri Loran Nuniesin bəyanatına əsasən, ötən həftəki zorakılıqların təkrar olunmasının qarşısını almaq üçün xüsusi təyinatlı bölmələrin dəstəyi ilə ölkə miqyasında 70 000 polis fəaliyyət göstərəcək.