Fransada şagirdlərin etiraz aksiyaları davam edir, Ren, Marsel və Parisdə aksiya iştirakçıları təhsil müəssisələrini bloklamağa cəhd edirlər

13:54, 03.11.2026

 

Fransada şagirdlərin etiraz aksiyaları və təhsil müəssisələrinin bloklanması davam edir.

Gürcüstanın Birinci Kanalının müxbirinin xəbər verdiyi üzrə, səhər saatlarından etibarən Ren, Marsel və Parisdə vəziyyət gərgindir. Rendə şagirdlər liseyi bloklamağa cəhd göstəriblər, lakin polis təhsil müəssisəsinin girişini onlardan təmizləyib. Daha sonra şagirdlər binanın giriş və çıxışlarını yenidən bağlayıblar. Hadisə yerinə yüzdən çox şagird toplaşıb. Xüsusi təyinatlı polis bölmələri və jandarmlar səfərbər olunaraq əraziyə toplaşanları dağıdıblar və təhsil müəssisəsinə gedən yolu azad ediblər.

Marseldə daha əvvəl tam blokada elan olunmuş böyük liseylərdən birinin şagirdləri etirazın formasını dəyişiblər. Onlar polisin müdaxiləsinin qarşısını almaq və dərslərdə iştirak etmək istəyən şagirdlərin hərəkət imkanını saxlamaq üçün qismən bloklama qərarı qəbul ediblər.

Etiraz çıxışları Parisdə də davam edir. Elen Buşe adına liseydə tədris prosesi yenidən ləngiyib, aksiya iştirakçıları xüsusi təyinatlı polis bölmələri ilə üz-üzə nümayiş keçirirlər.

Oxşar