Fransada şagirdlərin aksiyalarının liderləri hökumətin reaksiyasının yetərsiz olduğunu bildiriblər və nümayişçiləri etirazları davam etdirməyə çağırıblar

22:00, 08.10.2026

 

Fransada şagirdlərin aksiyalarının liderləri hökumətin reaksiyasının yetərsiz olduğunu bildiriblər və nümayişçiləri etiraz aksiyalarını davam etdirməyə çağırıblar.

“Reuters”in yazdığı kimi, həmçinin oktyabrın 17-də etiraz aksiyalarının təyin edilməsi ilə bağlı çağırışlar yayılır.

“Tələblərimiz dinlənilməlidir. Dünən cənab Lekornu bizə boş sözlər söylədi. Səfərbərlik davam edəcək, biz heç bir məsələdə geri addım atmırıq” – tələbə birliyinin liderlərindən biri Riyad Rani bildirib.

Məlumat üçün bildirək ki, Fransada məktəb şagirdlərinin etiraz aksiyaları davam edir. Hüquq müdafiəçiləri, həmkarlar ittifaqları, şagirdlər və müxalifətin bir hissəsi polisi nümayişləri dağıtmaq üçün qeyri-mütənasib güc tətbiq etməkdə ittiham edirlər. Ölkə miqyasında aksiyalar fonunda 500-dən çox məktəb bağlanıb.

Oxşar