Fransada, Renuar muzeyində oğurluqla bağlı polis ən azı beş şübhəlini saxlayıb
Fransada, Renuar muzeyində oğurluq ittihamı ilə ən azı beş şübhəli şəxs saxlanılıb.
Məlumatı “Deutsche Welle” yayır.
Nəşr yerli mediaya istinadən yazır ki, saxlanılanlar ötən ay Fransanın cənubunda yerləşən muzeydən dörd əsəri oğurlamağa cəhd ediblər. Məlum olduğu kimi, onların ümumi dəyəri 9 milyon avrodur.
Medianın məlumatında, soyğunçuların muzeydən əvvəlcə dörd rəsm əsərini oğurladıqları, lakin polisin siqnalını eşitdikdən sonra iki əsəri muzeyin bağında qoyduqları deyilir.
Cari istintaqa rəhbərlik edən Marsel prokuroru şərh verməyib.