Fransada Quranı yandırmaqda şübhəli bilinən kişini saxlayıblar

15:48, 04.06.2025

 

Fransada Quranı yandırmaqda şübhəli bilinən kişini saxlayıblar.

Yayılmış məlumata əsasən, kişi iyunun 2-də gecə Vilerbanda yerləşən məscidlərdən birinə girib və Quranı oğurlayıb, daha sonra kitabı yerində yandırıb və müsəlmanların yandırılmış müqəddəs kitabını məscidin bayır hissəsinə qoyub.

İşi Lyon prokurorluğu araşdırır.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatına əsasən, saxlanılan şəxsin psixoloji problemləri var, lakin məsələyə Terror Departamenti də qoşulub.

Oxşar