Bu gün Fransada prezident seçkiləri keçirilir. Ali dövlət vəzifəsi uğrunda 12 namizəd mübarizə aparır. Sorğulara əsasən, hazırkı prezident Emanuel Makron, ultra-sağçı “Milli Birlik”partiyasının lideri Marin Le Pen və solçu Jan-Lyuk Melenşonun qalib gəlmək şansı daha yüksəkdir.
Fransızlar dövlət başçısını beş il müddətinə seçəcəklər. Birinci turda heç bir namizəd səslərin tam əksəriyyətini ala bilmədikdə, ikinci tur keçiriləcək.
Seçici siyahılarında 49 milyona qədər fransız var. Fransada 70 000-ə qədər seçki məntəqəsi var, onlar səhər saat 08:00-da açıldı və Fransanın əksər kommunalarında səsvermə saat 19:00-a qədər davam edəcək.
Paris, Lion, Marsel, Nitsa və Tuluza da daxil olmaqla böyük şəhərlərdə seçki məntəqələri saat 20:00-a qədər açıq olacaq.